Tarix

...

1958

Çinin ilk avtomobil zavodu FAW (First Automobile Work) Group şirkətinə aid olan HONGQİ markası 1958-ci ildə ilk lüks avtomobilini istehsal edib. 29 avqust 2002-ci ildə FAW Group ilə TOYOTA Motors Korporasiyası stratejik və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün müqavilə imzalayıb. 18 yanvar 2019-cu il, FAW ilə AUDİ arasında bağlanan müqaviləyə əsasən premium sinif elektromobil istehsal ediləcək. 29 sentyabr 2021-ci il, HONGQİ E-HS9 modeli Avropa bazarına çıxır.

Yenilikçi İstehsalat

Hongqi H Smart Fabriki dünya səviyyəli keyfiyyəti təmin etmək üçün dünyanın ən aparıcı, ağıllı, çevik və rəqəmsal istehsal xətlərinə malikdir. Fabrik 2018 və 2019-cu illərdə ardıcıl olaraq Çində ən yaxşı fabrika mükafatını qazanıb. 2020-ci ildə də Hongqi brendi uğurlarını davam etdirir. Belə ki, Hongqi 1.5T mühərriki 2020-ci ilin ən yaxşı on mühərriki adını qazanır. Bu mükafata layiq görülmüş Hongqinin 1.5T mühərriki üçüncü nəsil benzin mühərrikinə məxsusdur. Eyni zamanda Hongqi 2020-ci ilin may ayında Çin Avtomobil Araşdırma İnstitutunun №1 istilik səmərəliliyi sertifikatını alır.

...
...
Brend

Logosu "Qırmızı bayraq" mənasını verən Hongqi brendinin konsepsiyası zadəganlığı və incəliyi vurğulayır. Mükəmməl məhsul və xidmət yaratmaq üçün şərq ənənəvi mədəniyyətini dünyanın qabaqcıl elm və texnologiyası ilə dərindən inteqrasiya edir. Qeyd edək ki, onilliklər ərzində Hongqi Çin liderləri üçün rəsmi limuzin olub və Çinə səfər edərkən xarici liderlərə təqdim edilən yeganə avtomobil markasıdır. Azərbaycanda “FAW” avtomobillərinin rəsmi nümayəndəsi isə “Cahan Holding” Kommersiya Şirkətlər İttifaqıdır.